6800ebc0-db5a-4979-aa99-93d0d57d8333..jpg

Türkiyəli nazir: “Qadınların cəmiyyətdə daha güclü yer almaları üçün Azərbaycanla çalışmağa davam edəcəyik”

Baxış sayı: 572 dəfə baxılıb.

Türkiyəli nazir: “Qadınların cəmiyyətdə daha güclü yer almaları üçün
Azərbaycanla çalışmağa davam edəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyədə qadının güclənməsi, hüquqlarının qorunması, zorakılığın və
istismarın aradan qaldırılması istiqamətində lazımi bütün hüquqi işlər həyata
keçirilib”.

Cixisyolu.com-ın məlumatına görə, bunun Türkiyənin ailə və sosial xidmətlər naziri
Mahinur Özdemir Göktaş ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyədə daha sağlam ailələr və təhsilli qadınlar üçün işlər
davam edirlər:

“Görülən işlər sayəsində 2023-cü ildə keçirilən parlament seçkisində
qadınların sayı 19 faizə çatmışdı. Düzdür, bu rəqəm yetərli deyil və qadınların
sayının artırılması istiqamətində çalışacağıq”.

M.Ö.Göktaş qeyd edib ki, qadına şiddətin qarşısının alınması başda olmaqla,
onların bərabər hüquqlardan yaranması təkcə Türkiyənin deyil, dünyanın
diqqətindədir.

“Bu istiqamətdə Türkiyə son illərdə böyük yol qət edib. Azərbaycanla ailə,
qadın və uşaq sahəsində işlərə böyük önəm veririk. İki ölkə arasında imzalanan
protokollara uyğun olaraq seminarlar keçiririk. Qadınların cəmiyyətdə daha
güclü yer almaları, şiddətlərin qarşısının alınması üçün Azərbaycanla çalışmağa
davam edəcəyik”.

İlhamə Əbülfət

Source link