Türkiyəli nazir yunanıstanlı həmkarını cavabı ilə susdurdu - VİDEO

Türkiyəli nazir yunanıstanlı həmkarını cavabı ilə susdurdu – VİDEO

Baxış sayı: 2. 307 dəfə baxılıb.

Ankarada səfərdə olan Yunanıstan xarici işlər naziri Nikos Dendiasın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı xoşagəlməz hadisə yaşanıb.

“Haber Global”ın məlumatına görə, yunanıstanlı nazirin əsassız ittihamları Türkiyə XİN rəhbəri M.Çavuşoğlunu qəzəbləndirib.

“Türkiyə hüquqlarımızı, suverenliyimizi pozmağa davam edərsə, sanksiyalar yenidən gündəmə gələcək”, – deyə N.Dendias bəyan edib.

“Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin pozitiv bir mühitdə keçirilməsini arzu edirik, lakin yunan həmkarım Türkiyə haqqında qəbuledilməz ittihamlar səsləndirdi. Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”, – deyə Çavuşoğlu etiraz edib.