Türkiyəli nazir: “Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək mühüm bir
addımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək mühüm bir addımdır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri
Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin
Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında bildirib.
“Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını
təmin edəcək bu dəhlizin bütün türk dünyasını birləşdirəcək mühüm addım
olduğuna inanıram. Zəngəzur bağlantısı Qafqazda normallaşma üçün həyati
əhəmiyyət kəsb edir. Biz bu əlaqənin ən qısa zamanda tamamlanması üçün
Azərbaycanla çox yaxından işləyirik. Bu, bütün region ölkələrinin xeyrinə
olacaq”, – deyə o qeyd edib.