4ad6ebf8-b959-493c-8fab-fc35f24ccb8f..jpg

Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması yükdaşımaların həcmini 25 milyon tona qədər artıracaq”

Baxış sayı: 602 dəfə baxılıb.

Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması yükdaşımaların həcmini 25
milyon tona qədər artıracaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəngəzur dəhlizinin açılması Orta Dəhliz istiqamətində yükdaşımaların həcmini
ildə 1 milyon tondan 25 milyon tona qədər artıracaq”.

Bu barədə Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu
“TRT Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Zəngəzur koridoru Bakı-Tbilisi-Kars dəmir yolu üçün də
alternativ olacaq.

Nazirin sözlərinə görə, bu yol sadəcə nəqliyyat dəhlizi deyil, həm də Türk
dünyasını birləşdirən amil olacaq.

A.Uraloğlu onu da əlavə edib ki, Bakı-Tbilis-Kars dəmir yolunda davam edən
təmir işləri gələn ay bitəcək.

Nazir Zəngəzur dəhlizin Türkiyədən keçməsinin ölkənin sənayesinə,
texnologiyasına, turizminə töhfə verəcəyini də vurğulayıb.

Source link