c105654a-5640-4012-bf65-f923e42d333d..jpg

Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla əsaslandırıb

Baxış sayı: 652 dəfə baxılıb.

Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla
əsaslandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan coğrafi mövqeyinə görə hər zaman böyük güclərin diqqət mərkəzində
olub. Lakin bunlara baxmayaraq, böyük mədəni irs yarada bilib”.

“Report” xəbər verir ki, bunu Ankara Universitetinin professoru Yıldız Deveci
Bozkuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və
ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll”
mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın izləri mütəmadi olaraq məhvə
məruz qoyulub.

“Evliya Çələbinin yazdığına görə, 15-ci əsrdə İrəvan Xanlığı yaradılıb və
əhalisi azərbaycanlılardan ibarət olub. Bu gün tarixi İrəvan qalası ermənilər
tərəfindən tamamilə dağıdılsa da, həmin qalanın qalıqları 18-ci əsrə qədər
gəlib çıxıb. İrəvan Xanlığı haqqında xarici mənbələrdə, eyni zamanda erməni
mənbələrində də kifayət qədər məlumatlar var. Səyyahların bu ərazilər barədə
yazdıqlarına baxsaq, görərik ki, bura çox vacib region olub. Fransız səyyahlar
17-ci əsrdə İrəvan Xan Sarayını çox detallı şəkildə təsvir ediblər və o
əsərlərdə ermənilərin adı, ümumiyyətlə, çəkilmir. Bütün bu tarixi sənədlər
deməyə imkan verir ki, İrəvan tarixən türk torpağı olub. Lakin həm İran, həm də
Rusiya Cənubi Qafqazda xristian dövlətinin yaradılmasında maraqlı olublar və
Çar Rusiyası həmin ərazilərə Anadoludan və İrandan ermənilərin köçürülməsinə
başlayıblar. Bununla da sözügedən ərazilərdəki türklərin Qərbi Azərbaycan
ərazisindən çıxarılmasına başlanılıb və 20-ci əsrdə kütləvi deportasiyalar
vüsət alıb”, – deyə professor vurğulayıb.

Source link