49ef52f5-8071-4611-93f1-e5d8e0f2f4a0..jpg

Türkiyəli sosial fenomen azadlığa buraxıldı – FOTO

Baxış sayı: 648 dəfə baxılıb.

Türkiyəli sosial fenomen azadlığa buraxıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs
edilən Nihal Candan azadlığa buraxılıb. Buna səbəb kimi onun həbsxanada
anoreksiyaya tutulması olub.

Qeyd edək ki, ucuz avtomobil vədi ilə bir çox insanı aldadan şəbəkənin üzvləri
olduğu müəyyən edilən Bahar Candan və Nihal Candan bacıları 2023-cü il noyabrın
14-dəsaxlanılıblar , noyabrın 16-da isə həbs
ediliblər . Mərmərə həbsxanasına köçürülən
bacılardan Nihal həbsinə etiraz olaraq yemək yeməməyə başlayıb. Bir müddət
sonra qidalanma vərdişləri pisləşən fenomenə “nevrotik anoreksiya” diaqnozu
qoyulub.

Bu xəstəlik səbəbi ilə 37 kiloya qədər arıqlayan Nihal Candanın psixoloji
baxımdan da narahat olduğu müəyyən edilib.

Həkimlər dünən xəstəxanaya yerləşdirilən Candanın həbsxanada müalicəsinin
davam etdirilə bilməyəcəyini deyiblər. Vəziyyəti qiymətləndirən məhkəmə,
Candanın həbssiz mühakimə üzrə sərbəst buraxılmasına qərar verib.

Mənbə: Hurriyet

Source link