Türkiyəli sosial media fenomeni evində ölü tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyəli sosial media fenomeni 28 yaşlı Yağmur Taktaş ABŞ-dəki evində ölü
tapılıb.
İştirak etdiyi “İşte Benim Stilim” televiziya proqramı ilə məşhurlaşan
Taktaşın cənazəsi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün cəsədi yarıldıqdan
sonra doğulduğu Adanada torpağa tapşırılıb.
Taktaşın ailəsi qızlarını daha əvvəl onu döyərək dalağını itirməsinə səbəb
olan Türkiyəəsilli ABŞ vətəndaşı sevgilisi A.C.F.-in öldürülmüş ola biləcəyini
iddia edərək vəkilləri vasitəsilə şikayət ediblər.
İş üzrə istintaq davam edir.
Mənbə: milliyet.com