Türkiyənin ən böyük “Şeytan çarxı” Antalyada açıldı

Baxış sayı: 2. 023 dəfə baxılıb.

Türkiyənin ən böyük “Şeytan çarxı” Antalyada açıldı

Antalyada Türkiyənin ən yüksək “Şeytan çarxı” istifadəyə verilib.

“Daily Sabah” xəbər verir ki, nəhəng qurğu “Antalyanın ürəyi” adlanır.

90 metr hündürlüyündə inşa olunmuş çarx şəhərin Konyaaltı bölgəsində, Aktur əyləncə parkında yerləşir. Çarxın ən yüksək nöqtəsindən şəhər mərkəzinə və Antalya buxtasına gözəl mənzərə açılır.

“Antalyanın ürəyi” yüksəkliyinə görə Avropada sadəcə “London gözü”ndən geri qalır.

400 ton ağırlığında olan çarx Çində hazırlanıb və iki ay ərzində dəniz yolu ilə şəhərə çatdırılıb. Onun Antalyada quraşdırılması üçün isə daha səkkiz ay lazım olub.

Qurğu dörd VİP və 42 adi kabinədən ibarətdir. Onun bir tam dövr etməsi 18 dəqiqəyə başa gəlir.

Biletlərin qiymətləri sadə kabinələr üçün 30 türk lirəsi (təqribən 9 AZN – red.), VİP kabinələr üçün isə 200 lirədir (təqribən 60 AZN – red.).