Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə orduda tədbirlər keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə
Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Tədbirlərdə əvvəlcə milli liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün,
eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin
müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa
edilib.
Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri təşkil olunub, Türkiyə
Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş
etdirilib.
Çıxış edənlər Türkiyənin Cümhuriyyət bayramının Azərbaycanda təntənəli şəkildə
qeyd edilməsindən, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq
təməlləri üzərində qurulmasından danışıblar.