85bc6781-c519-4138-975e-fad737ed9dcd..jpg

Türkiyənin daha bir bölgəsində meşə yanır

Baxış sayı: 537 dəfə baxılıb.

Türkiyənin daha bir bölgəsində meşə yanır

Türkiyənin Biləcik bölgəsinin Vezirhan rayonunda yüksək gərginlikli elektrik
naqillərinin qırılması səbəbindən meşə yanğını baş verib.

Məlumatı Biləcik valisi Şefik Aygöl də təsdiq edib.

Artıq yanğının baş verdiyi əraziyə beş helikopter və bir təyyarə göndərilib.

Məlumat üçün qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətində artıq 3 gündür ki,
meşə yanğınları davam edir.

Yanğın nəticəsində 4 min hektardan çox əraziyə ziyan dəyib.

Mənbə: Haber Global

Source link