67a157e9-d307-4336-9eeb-f2a2eeaf12c4..jpg

Türkiyənin energetika naziri: “Gündəlik 32 min bareldən çox neft hasil edirik”

Baxış sayı: 599 dəfə baxılıb.

Türkiyənin energetika naziri: “Gündəlik 32 min bareldən çox neft hasil edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə 30 il ərzində enerji idxalından tamamilə müstəqil olmaq niyyətindədir.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar
“CNN Türk” telekanalına açıqlamasında bildirib.

“Türkiyə xaricdən enerji asılılığı 68% olan ölkədir. Amma Türkiyənin xaricdən
asılılığına son qoyması lazımdır. Qarşımızdakı 30 ildə hədəf tam
müstəqillikdir. Türkiyənin tələbatları çox böyükdür… Demək olar, bütün Qara
dənizi gözdən keçirmişik. Tapacağımız kəşflərlə bu xaricdən asılılığı ölkəmizin
gündəmindən çıxaracağıq”, – Bayraktar telekanala bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə Şırnakda gündəlik 32 min bareldən çox
neft hasil edir:

“Hazırda Şırnakda, Qabarda 32 min bareldən çox hasil edirik. Bu, bir gündə
hasil edilir. Artıq hasilatı iki dəfə artırmışıq. Məqsəd ilin sonunadək bu
rəqəmi yüz min barelə çıxarmaqdır”.

Nazir qeyd edib ki, sözügedən bölgədə tapılan neft cari ilin sonunda tələbatın
20 %-ni qarşılayacaq.

Eyni zamanda, Bayraktar Türkiyədə alternativ enerjinin inkişafının vacibliyinə
də toxunub.

“Misal üçün, yanvarın 7-də külək enerjisi ilə elektrik tələbatımızın 28
faizini qarşıladıq”, – nazir vurğulayıb.

Onun fikrincə, binaların damında günəş panelləri quraşdırmaq mümkündür:

“İnsanlar istifadə etmədikləri enerjini sata bilərlər. Elektrik hasil
edirsiniz, qurğunuz eyni zamanda depodur, orada ehtiyat toplaya bilərsiniz –
hər şey bir-birinə bağlıdır. Bəlkə də, qurğunuzdakı elektriki şəbəkəyə ötürə
biləcəksiniz. Proqramlaşdırmanın, süni intellektin iç-içə olduğu bir dünyaya
gedirik”, – Bayraktar yekunlaşdırıb.

Source link