ABŞ-ın Fort-Uerte şəhərində beşinci nəsil “F-35A Lightning II” qırıcısı Türkiyə bayrağı altında ilk uçuşunu həyata keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Uçuş zamanı Türkiyənin ilk “F-35”ni dördüncü nəsil “F-16 Fighting Falcon” qırıcıları müşayiət edib.
18-0001 nömrəli “F-35A” qırıcısının 21 iyun tarixində rəsmi olaraq Türkiyə hava qüvvələrinə təhvil-təslim ediləcəyi bildirilir.
“F-35 Lightning II” qırıcısının hazırlanması ilə 2001-ci ildən etibarən ABŞ-ın “Lockheed Martin” şirkəti məşğul olur.
Qırıcı üç variantda buraxılır: A ( hava qüvvələri üçün), B (sürətli uçuş və şaquli vəziyyətdə havaya qalxma imkanı olan) və C (hərbi dəniz donanması üçün).