Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan İstanbulda – Sirkəcidə boğazından bıçaqlanaraq öldürülüb.
ÇıxışYolu.Com bu barədə “Hürriyet”ə istinadla məlumat yayır.
Qatil Yüksəl Karababa Asayiş Şöbəsi tərəfindən yaxalanıb.
Keçmiş nazirlə qatil arasında maliyyə problemi olduğu, bu mövzunu müzakirə etmək üçün görüşdükləri məlum olub.
Görüş əsnasında tərəflər arasında dava düşüb. Bundan sonra Karababa bıçaq çıxararaq keçmiş naziri boğazından ölümcül yaralayıb.
E.Vuralhan 1987-il dekabrın 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub.