fa37126c-e229-45b4-91f5-66dfad105d47..jpg

Türkiyənin məşhur serial ulduzunun acı həyat hekayəsi ortaya çıxdı: Atasından niyə qaçıb? – FOTO

Baxış sayı: 437 dəfə baxılıb.

Türkiyənin məşhur serial ulduzunun acı həyat hekayəsi ortaya çıxdı: Atasından
niyə qaçıb? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur “Yalı çapkını” serialında Hattuç xala obrazını canlandıran
ustad aktrisa Şerif Sezerin acı hekayəsi ortaya çıxıb.

Həyatı maraqla qarşılanan və araşdırılan aktrisanın həyat hekayəsi eşidənləri
kədərləndirib.

Əslən Bursadan olan Şerif Sezer zeytunçuluqla məşğul olan bir ailənin böyük
övladı olaraq dünyaya gəlib. Sezer difteriyaya tutulmuş əkiz bacısını gənc
yaşlarında itirib.

8 yaşında olduğu zaman valideynləri boşanıb və Şerif Sezer atası ilə yaşamağa
davam edib. Başqa şəhərdə məskunlaşan anasının yanına gedə bilməyib və anasız
böyüməli olub.

Kiçik yaşda teatrla tanış olan Şerif Sezer oxumaq istəsə də, ailəsindən
razılıq ala bilməyib. Evləndiriləcəyini eşitdiyi zaman isə məşhur aktrisa
çarəni evdən qaçmaqda tapıb. Ankarada yaşayan anası ilə əlaqə saxlayıb və
şəxsiyyət vəsiqəsini də götürərək evi tərk edib.

Şerif Sezer bütün təzyiqlərə baxmayaraq, Ankara Dövlət Teatrına girməyə haqq
qazanıb. Teatr təhsili dönəmində siyasi elmlər fakültəsindən bir gənclə ailə
qurub və həyat yoldaşının işi ilə əlaqədar Parisə köçməli olub.

Lakin başqa ölkədə yaşaya bilməyən aktrisa Türkiyəyə qayıdıb və bir neçə ildən
sonra Azmi Arna adlı filosofla ailə həyatı qurub.

79 yaşlı Şerif Sezerin qızı da özü kimi aktrisadır.

Mənbə: Haber Global

Source link