a0ff57f9-9bec-4461-a917-669ddef5bace..jpg

Türkiyənin məşhur serialının aktrisası tanınmaz dərəcədə dəyişdi: “Görünüşümdən narazı deyildim” – FOTO

Baxış sayı: 685 dəfə baxılıb.

Türkiyənin məşhur serialının aktrisası tanınmaz dərəcədə dəyişdi:
“Görünüşümdən narazı deyildim” – FOTO

“Bir aile hikayesi”, “Sen çal kapımı” seriallarında yaddaqalan obrazlar
yaradan məşhur türkiyəli aktrisa Elçin Afacan bir ildə 28 kiloqram arıqlayıb.

O, daha sağlam yaşamaq üçün arıqlamağa qərar verdiyini deyib.

“Artıq çəkili görünüşümdən də narazı deyildim, o görünüşümü də, indikini də
çox sevirəm”, – deyə o qeyd edib.

Hazırda “Çöp adam” serialında çəkilən Elçin Afacan yeni görünüşü ilə
izləyicilərini təəccübləndirib. 2019-cu ildə yayımlanan “Bir aile hikayesi”
serialında Beste roluna görə 20 kiloqram kökələn aktrisa dietoloqun köməyi ilə
artıq çəkisindən xilas olub. O, rasionundan karbohidrat, şəkər və qlüteni
tamamilə çıxardığını bildirib. Bu yolla da bir ilə yaxın müddətdə 28 kiloqram
çəki itirib.

Elçin Afacan əsasən ət və tərəvəzə üstünlük verdiyini və gündə ən az 10 min
addım atdığını da qeyd edib.

Mənbə: Hürriyet

Source link