cd522443-c851-4ef6-b68a-9a869bb62eb8..jpg

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu fotosərgi təşkil edib – VİDEO

Baxış sayı: 532 dəfə baxılıb.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu fotosərgi təşkil edib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu fotosərgi təşkil edib.

Cixisyolu.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyənin Naxçıvan Muxtar
Respublikasındakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin
yaranmasının 100-cü ildönümü və ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş fotosərgi keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki
ölkənin Dövlət Himnləri səsləndirilib.

Sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycanın
Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı
Baş konsulu Asip Kaya, İğdır Vilayətinin Azərbaycan Evinin sədri Ziya Zakir
Arac, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan
Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Universitetinin rektoru
Anar Kazımov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan
Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış ediblər.

Sonra Azərbaycanın Əməkdar Rəssamı Fikrət Babayevin hazırladığı şəhid Zülfü
Rzayevin portreti ailəsinə təqdim edilib.

Qeyd edək ki, sərgidə 45 foto nümayiş olunub.


Source link