Türkiyənin neft terminalı Rusiyadan gələn yükləri qəbul etməyəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Aralıq dənizindəki orta ölçülü neft terminallarından biri olan
Dörtyol terminalı ötənilki rekord idxaldan sonra Rusiyadan neft yüklərini qəbul
etməyəcək.
Məlumata görə, bu qərar ABŞ-nin artan sanksiya təzyiqi ilə əlaqədardır.
Türkiyənin Hatay vilayətindəki terminalın operatoru olan “Global Terminal
Services” (GTS) şirkəti müştərilərinə heç bir Rusiya məhsulunu qəbul
etməyəcəyini bildirib. Şirkətin məlumatına əsasən, bütün əvvəlki əməliyyatlar
mövcud sanksiyalara, o cümlədən G7-nin Rusiya neftinin qiymət tavanına tam
uyğun olub.
GTS əlavə edib ki, yeni yanaşma şirkətin nəzarətindən kənar fəaliyyətlərin
təsirlərini aradan qaldırmaq üçün əlavə tədbir olacaq.
Qeyd edək ki, Dörtyol terminalı 2023-cü ildə 11,74 milyon barel Rusiya nefti
və yanacağı qəbul edərək Türkiyənin yeddinci ən böyük idxal terminalı olub.
Onun Rusiyadan idxalı 2021-ci illə müqayisədə təxminən yeddi dəfə artıb.
Mənbə: gazeta.ru