5dcdd63e-eb0b-4672-932d-29b4c481fa19..jpg

Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər

Baxış sayı: 435 dəfə baxılıb.

Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər

Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər.

Cixisyolu.com xəbər verir ki, Türkiyə yığması Brüsseldə keçirilən yarımfinal
qarşılaşmasında İtaliya yığmasını məğlub edərək tarixində üçüncü dəfə finalda
iştirak hüququ qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada
qardaş ölkənin qadın voleybolçuları 3:2 hesabı ilə qalib gəliblər.

Finalda Türkiyə millisinin rəqibi Serbiya-Niderland qarşılaşmasının qalibi
olacaq. Çempionatın final matçı sentyabrın 3-də Brüsseldə keçiriləcək.

Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü
Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan
qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də
qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Türkiyə seçməsi səkkizdəbir
finalda Belçikanı (3:1), dörddəbir finalda isə Polşanı (3:0) hesabı ilə
məğlubiyyətə uğradıb.

Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa
çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.

Source link