Türkiyənin şərqində seçkidən sonra 89 nəfər saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə polisi ölkənin bir sıra şərq və cənub-şərq əyalətlərində bələdiyyə
seçkisindən sonra razılaşdırılmamış etiraz aksiyalarında iştirak etdikləri üçün
89 nəfəri saxlayıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında
məlumat verib.
“Aprelin 2-də razılaşdırılmamış aksiyalar keçirilib və bu aksiyalar zamanı
iştirakçılar separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirib,
təhlükəsizlik qüvvələrimizə daş atıb və xəbərdarlıqlara baxmayaraq, polisə
müqavimət göstəriblər. 89 nəfər saxlanılıb”, – deyə nazir yazıb.
O qeyd edib ki, ölkənin şərqindəki Van, Hakkari, Siirt, Batman, Şırnak
vilayətlərində, eləcə də ölkənin qərbindəki İzmirdə nümayişlər və polislə
toqquşmalar baş verib.
Nümayişlər həm bəzi şərq bölgələrində keçirilən seçkilərdə kürd yönümlü
Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) namizədlərinin
qələbəsi, həm də Van şəhərinin bələdiyyə sədri ilə bağlı vəziyyətlə əlaqədardır.
2 Nisan 2024 Salı günü izinsiz gösteri yürüyüşü yapan, Bölücü Terör Örgütüne
yönelik övücü ve destekleyici slogan atan, güvenlik güçlerimize taşla saldıran
ve uyarılara rağmen dağılmayıp mukavemet gösteren;
📌Van’da 2️⃣6️⃣
📌Hakkari Yüksekova’da 2️⃣9️⃣
📌Hakkari Merkez’de 9️⃣…
— Ali Yerlikaya (@AliYerlikaya) April 2, 2024
Mənbə: yenisafak.com