Türkiyənin Rusiyanın “S-400” zenit-raket kompleksləri ilə təchizatı bizim üçün prioritetdir.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Türkiyədə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin səsləndirib.
“Onu deyə bilərəm ki, əlaqədar hökumətlərarası komissiyanın qarşıda gələn toplantısında Türkiyənin müasir hərbi təyinatlı Rusiya məhsulları ilə təchizatının davam etdirilməsinin perspektivləri müzakirə olunacaq” deyə Putin yüksək səviyyəli əməkdaşlıq Şurasının iclasında bildirib.