a0d65e71-667d-4cdc-abfc-d90e06495101..jpg

Türkiyənin sevilən müğənnisi Yalın Azərbaycana gəlib – VİDEO

Baxış sayı: 430 dəfə baxılıb.

Türkiyənin sevilən müğənnisi Yalın Azərbaycana gəlib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin sevilən müğənnisi Yalın Azərbaycana gəlib.

“Olay” xəbər verir ki, sənətçinin olduğu təyyarə bu gün 16:00 radələrində
Bakıya enib.

İfaçı hava limanında onu qarşılayan jurnalistlərin suallarını cavablandırıb.
O, Bakıda baş tutması planlaşdırılan konsertlərindəki sürprizlərdən söz açıb:

“Yeni mahnımız olacaq. Mayın 3-də yayımlanacaq. Həyəcanlıyıq. Bakının uğuruna
inanıram. Bu yayın mahnısını konsertdə səsləndirəcəyik. Yəqin ki, yayın sonuna
doğru da bir mahnımız olacaq. İnanıram ki, yay yenə mənim mahnılarımla gələcək.
Çox həyəcanlanıram səhnədə. Bu həyəcan, bu xoşbəxtlik üçün yaşayıram. Burada
olmaq çox gözəldir.

Keçən ilki konsertim unuda bilmədiyim bir gecə oldu. Bütün konsertlərimin özəl
yeri var. Ona görə də indi qaça-qaça gəldim. İndi 20-ci il formatındayıq, onun
konsertlərini veririk. Duet fikrinə həmişə isti baxmışam. Azərbaycanlı
məşhurlardan duetlərlə bağlı bir çalışma etmək lazımdır. Mən də baxıram,
soruşuram. Çox istəyərəm. Azərbaycanca mahnılar bilirəm. Məsələn, Ajda
Pekkanın, Şebnem Ferahın türkcə oxuduğu mahnılarınız var. Onları çox sevirəm.
Öz ifalarımdan “Ki sen”, “Keşke” mahnılarımı sevirəm”.

Həmin görüntüləri təqdim edirik:

Source link