0f462743-bc57-4d99-b546-76e40cb84fba..jpg

Türkiyənin ticarət naziri “Bakı KOB evi”ndə olub – FOTO

Baxış sayı: 491 dəfə baxılıb.

Türkiyənin ticarət naziri “Bakı KOB evi”ndə olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizə səfəri çərçivəsində Türkiyə Respublikasının ticarət naziri Ömər
Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub, burada
sahibkarlara vahid məkanda xidmətlərin təşkili üçün yaradılmış şəraitlə tanış
olub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə
nümayəndə heyətinə KOB evi konsepsiyası, məqsədləri, KOB evlərinin biznesin
işini asanlaşdırması, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat
veriblər. Qeyd edilib ki, biznesə göstərilən dövlət xidmətlərinin
yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar
məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin
müvafiq fərmanlarına əsasən KOBİA-nın tərkibində KOB evləri yaradılıb. KOB
evlərinin məqsədi sahibkarlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət
və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət və özəl qurumların xidmətlərinin
vahid məkanda təqdim edilməsidir. Bu, sahibkarın vaxtına qənaet edir, əməliyyat
xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar
məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes
fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin
alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış,
vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta, notarius və digər
xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.

KOB evi ilə tanışlıq zamanı həmçinin, dövlət və özəl qurumlar tərəfindən
sahibkarlara xidmətlərin göstərilməsinə, bu sahədə müasir texnologiya və
innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti öz növbəsində “Bakı KOB evi” təcrübəsinin onlarda
müsbət təəssürat yaratdığını bildirib.

Source link