0905cee4-6364-4a3c-a8fd-80a4026afa79..jpg

Türkiyənin vitse-prezidenti: “Togg”un gələcəkdə dünyada geniş istifadə olunacağına ümidliyik”

Baxış sayı: 766 dəfə baxılıb.

Türkiyənin vitse-prezidenti: “Togg”un gələcəkdə dünyada geniş istifadə
olunacağına ümidliyik”

“Ümid edirik ki, “Togg” gələcəkdə bütün dünyada istifadə ediləcək avtomobil
olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay
jurnalistlərə açıqlamasında deyib.

O xalqı da Türkiyə istehsalı avtomobildən istifadə etməyə çağırıb:

“Biz “Togg” avtomobilinə güvənirik. Ona görə də bundan istifadə edirik. İlkin
hədəfimiz 1 milyon “Togg”un istifadəyə verilməsidir”.

F.Oktay söyləyib ki, yeni istehsal olunan avtomobilə ilk vaxtlardan bu qədər
sərmayə qoyulması sevindiricidir: “İnşallah, gələcəkdə daha gözəl xəbərlər
verəcəyik”.

Qeyd edək ki, “Togg” Türkiyənin ilk yerli elektromobilidir.

“Togg”un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan 1 il sonra qonşu ölkənin 5
aparıcı şirkəti – “Anadolu Group” (19%), “BMC” (19%), “Root Group” (19%),
“Turkcell” (19%), “Zorlu Holding” (19%) and “TOBB” (%5) bir araya gələrək
elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. 2 ildən sonra
isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və
yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb.
Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara
verilib və ötən il oktyabrın 29-dan burada “Togg”un kütləvi istehsalına
başlanılıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobil istehsal olunması
nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə
qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Artıq “Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri
Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95%-i yerli elektromobili
bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma
mühərrikli avtomobillərlə rəqabət aparacaq.

Bu il martın əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə
başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.

Source link