Türkiyənin yanvar ayında ixracatı rekord həddə çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin 2023-cü ilin yanvar ayında ixracatı illik müqayisədə 3,6% artaraq
rekord həddə – 20,028 milyard dollara çatıb.
Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.
“Türkiyə tarixində yanvar ayı üçün ən yüksək ixrac rekordunu qırdıq”, – deyə
nazir bildirib.
Onun sözlərinə görə, Türkiyənin dünya ixracatındakı payı 1,06%-ə yüksəlib.
Həmçinin idxalda da azalma və ticarət balansında kəsir müşahidə olunur.
Nazir xatırladıb ki, 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələyə
baxmayaraq, ixrac 255,8 milyard dollarlıq tarixi maksimuma çatıb. Son 12 ayda
bu, 256,5 milyard dollar təşkil edib.
Yanvarda idxal 22% azalaraq 26,201 milyard dollar olub. Ticarət kəsiri 57%
azalaraq 6,2 milyard dollar təşkil edib. İdxalın əhatə əmsalı 18,9 faiz bəndi,
yəni 76,4%-ə qədər artıb.
Mənbə: Anadolu Ajansı