Yəməndə Salif limanı yaxınlığında Rusiyaya məxsus yükləri daşıyan türk gəmisində partlayış baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
İnsident nəticəsində heç kim xəsarət almayıb. Belə ki, partlayışın gəminin yük şöbəsində baş verdiyi bildirilir.
Hələlik partlayışın səbəbləri açıqlanmır. Onun raket hücumuna məruz qaldığı versiyası istisna edilmir.
Türkiyə mətbuatı gəmidə Rusiyadan 50 min tona yaxın buğdanın daşındığını yazır.