AVRO-2020 seçmə mərhələsində Almaniya millisi səfərdə Estoniyanı darmadağın edib.
ÇıxışYolu.Com xəbər verir ki, Tallində keçirilən qarşılaşmada almanlar 3:0 hesabı ilə qalib gəliblər.
Qonaqların heyətində türk əsilli İlkay Gündoğan dubl edib, üçüncü topu isə Timo Verner vurub.
Oyunun 14-cü dəqiqəsində Almaniya millisinin digər türk əsilli futbolçusu Əmrə Can kobud oyuna görə oyundan qovulub.
6 turdan sonra Almaniya millisi 15 xal toplayaraq “C” qrupunda ikinci yeri tutur.