Türkmənistanda küçədə mahnıya qulaq asmaq qadağan edildi

Türkmənistanda küçədə mahnıya qulaq asmaq qadağan edildi

Baxış sayı: 1. 949 dəfə baxılıb.

Türkmənistanda hüquq mühafizə orqanları küçədə qulaqcıqlarla musiqiyə qulaq asan Aşqabad sakinlərini cərimələməyə başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” Türkmənistan KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, belə hallar aprelin ilk günlərindən etibarən müşahidə olunur. Sakinlər əmin edir ki, polis “yeni nizamnaməyə” istinad edərək, onları cərimələyir.  Ancaq konkret olaraq hansı müddəadan söhbətin getdiyini polis əməkdaşları vətəndaşlara bildirmir.

Cəriməni asayış keşikçiləri onunla əsaslandırır ki, piyada “melomanlar” qulaqcıqlarla küçədə hərəkət etməklə həyatlarını təhlükəyə atır: onlar arxadan gələn avtomobili eşitməyib, qəzaya düşə bilər.

.
www.ÇıxışYolu.Com