Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov 8 Mart münasibətilə sərəncam imzalayıb.
ÇıxışYolu.Com Sputnik-ə istinadən xəbər verir ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, müəssisə və idarələrdə, təşkilatlarda işləyən qadınlara pul mükafatı (18.80 AZN) veriləcək.
Mükafatın verilməsi martın 1-dən başlayacaq. Sərəncam tələbələrə, məktəbli qızlara, uşaq bağçalarında işləyən qadın müəllimlərə, təqaüdçü qadınlara da şamil olunacaq.