Türkmənistanın Balkan və Daşoğuz vilayətlərində dövlət qeydiyyat nişanlarında 77 rəqəmi olan avtomobillər saxlanılaraq cərimə meydançasına aparılır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.
Məlumata əsasən belə nömrə nişanlarına qoyulan məhdudiyyət iyun ayında kimi bütün ölkə ərazisində sürülən avtomobillərə şamil olunacaq.
Azadlıq radiosunun müxbiri bildirib ki, Balkan vilayətində bir həftə ərzində 77 rəqəmi ilə başlayan bütün avtomobillər saxlanılıb.
Polis əməkdaşlarının sözlərinə görə, belə nömrələrdən yalnız “Arxadağın” yəni Türkmənistan prezidentinin qohumları istifadə edə biləcək. Belə ki, bu yaxınlarda vilayətdə yol polis müfəttişlərindən biri bilmədən prezidentin yaxın qohumunu saxlayıb.
Məhz buna görə, aprelin 27-də şiddətli töhmət alan ölkənin daxili işlər naziri İsgəndər Mulikov ölkədə sürülən avtomobillərdə belə nömrələrin dəyişdirilməsi ilə bağlı göstəriş verib.