Türkmənbaşının qohumları bütün sərnişinləri təyyarədən endirdi

Baxış sayı: 1. 871 dəfə baxılıb.

Türkmənbaşının qohumları bütün sərnişinləri təyyarədən endirdi

“Türkmən aviaşirkəti”nin onlarla sərnişinləri Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun qohumlarına görə reysdən istifadə edə bilməyib. Prezidentin qohumları sərnişinləri təyyarədən endirərək, özləri laynerlə uçublar. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Azadlıq Radiosu”nun türkmən xidməti məlumat yayıb. 

Məlumatlara görə, hadisə Türkmənabad-Aşqabad istiqamətində uçmalı olan təyyarədə bir ay əvvəl baş verib. 

“Prezidentin yaxın qohumu öz ailəsi ilə birlikdə 4 günlük Koytendaqa istirahətə gəlib. Geri qayıdan zaman isə onlara ayrılmış xüsusi təyyarə vaxtında gəlməyib. Bunun əvəzində isə prezidentin qohumları sərnişin təyyarəsi ilə geri qayıdıb. Təyyarədən endirilən sərnişinlərə isə heç bir açıqlama verilməyib”, – məlumatda bildirilib. 

Qeyd edilib ki, Berdıməhəmmədovun qohumlarına görə 160 sərnişin növbəti gün başqa təyyarə ilə yola salınıb. 

www.ÇıxışYolu.Com