Türkmənistanın qərbindəki Balkan vilayətinin Kumdaq şəhərinin sahə müfəttişlərinə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən əmr daxil olub. Əmrə əsasən, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun portretinin əks olunduğu kağızlardan ayaqyolunda istifadə edən insanlar cəzalandırılmalıdır.
ÇıxışYolu.Com bununla bağlı “Türkmənistan alternativ xəbərləri” saytına istinadla xəbər verir.
Sahə müfəttişləri 20 min əhalisi olan şəhərin bütün mənzillərinin zibilxanalarında yoxlamalar aparmalıdır. Tapılan hər bir belə portretin sahibləri aşkarlanmalı və polis orqanlarına məsələ ilə bağlı məlumat verilməlidir. İlk olaraq, bununla bağlı vətəndaşa xəbərdarlıq ediləcək.
Portal bu məsələdə xəbərdarlıqların çox olacağını bildirib. Çünki böhrana görə insanlar tualet kağızının əvəzin qəzet və jurnalların vərəqlərindən istifadə edirlər.
Eyni hal təkrar baş verərsə, həmin şəxsləri ciddi cəzalar gözləyir. Hansı cəzaların tətbiq ediləcəyi açıqlanmır.
“Azatlık” radiosu hadisələr zamanı ağır cəza kimi işdən uzaqlaşdırılmaq nəzərdə tutulduğunu yazıb.
Daşoquz bölgəsinin Qyoroqlı rayonundakı məktəb direktorlarından biri bu səbəbdən artıq işdən uzaqlaşdırılıb. Onun müdürü olduğu məktəbin ayaqyolundan üzərində türkmənbaşının şəklinin olduğu qəzet aşkar edilib.