7255503e-fea5-4d06-b4a5-0881e4edbded..jpg

Türkmənistan qazının Azərbaycana tədarükü artıb

Baxış sayı: 507 dəfə baxılıb.

Türkmənistan qazının Azərbaycana tədarükü artıb

İran türkmən qazının Azərbaycana svop tədarükünü sutkada 4,5-5 milyon
kubmetrdən 7-7,5 milyon kubmetrə qədər artırıb.

Bu barədə İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xales bildirib.

“Türkmən qazının İran ərazisindən tədarükünə gəlincə, biz müqavilələrimizə
baxmalıyıq. Razılaşmalara əsasən, biz Azərbaycana gündə 4,5-5 milyon kubmetr
svop tədarük edirik. İndi bu tədarük artaraq 7-7,5 milyon kubmetr olub. Bu,
Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə uyğun həyata
keçirilib. Ümumiyyətlə, Serah xəttində svop tədarükü potensialı gündə 20 milyon
kubmetrə qədərdir”, – diplomat bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan, Türkmənistan və İran svop qaz
tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr
arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.

Mənbə: TASS

Source link