Türkmənistanda qadın çimərlik geyimləri və şortun ölkəyə gətirilməsi və satışı qadağan edilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkmənistan KİV məlumat yayıb.
“Çimərlik geyimləri və şortların gömrükdən keçirilməsi qadağan olunub.
Çimərlik mövsümünün yaxınlaşması ilə bu mallara tələbat artır. Lakin gömrükçülər qadağanın səbəbini izah etmirlər”, – satıcılar qeyd ediblər.
Kişi və qadın şortlarının da ölkəyə gətirilməsinə qadağa qoyulub.
Adının açıqlanmasını istəməyən gömrük əməkdaşı bildirib ki, türkmənistanlı qızların çimərlik geyimləri geyinməsinin qadağan edilməsi əxlaq normaları ilə bağlıdır.