Türkmənistan hökuməti ölkədə yalnız ağ avtomobillərin saxlanılmasına qərar verib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Xrokiki Türkmənistana” nəşri məlumat yayıb.
İlin əvvəlindən polislər ölkə yollarında ağ rəngdən başqa bütün avtomobilləri saxlayıb.
Məlumatlara görə, mayın 25-dək Türkmənistanın paytaxt yollarında yalnız ağ avtomobillər qalacaq (Ağ rəng ölkə prezidenti Qurbanqulu Berdımuhammedovun ən sevimli rəngidir).
Qeyd edilib ki, bu ölkədə avtomobilin rənglənməsi 18 min manata (5143 dollar) başa gəlir.
Aşqabadda ağ boya qıtlığı yaranıb.