Türkmənistanda “oğru bankomatlar” peyda olub

Türkmənistanda “oğru bankomatlar” peyda olub

Baxış sayı: 2. 697 dəfə baxılıb.

Türkmənistanda el arasında yeni anlayış meydana gəlib – “oğru bankomatlar”. Vətəndaşlar məxaric edilməmiş pul vasaitlərinə görə müştərilərin plastik kartlarından pul silən ATM aparatlarını məhz bu cür adlandırırlar.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.

Vətəndaşlar bankomatlardan pul çıxarmağa çalışan zaman aparat heç bir əskinazı ötürmür, habelə istifadəçinin daxil etdiyi məbləği çıxarılmış kimi hesabdan silir. Nəşrin mənbəsi belə insidentlərin müntəzəm xarakter aldığını əmin edir.

“Müştərilərdən biri 800, digəri 620 manat itirib” ,- deyə mənbə bildirib.

Onun sözlərinə görə, aldadılmış plastik kart sahibləri bu məsələ ilə bağlı banka müraciət etsələr də, onlardan ərizə yazmaları tələb olunub və cavabın bir həftədən sonra veriləcəyi bildirilib.

Şikayətçilər əmin edir ki, plastik kartdan konkret məbləğ çıxarmağa çalışan zaman ekranda “Əməliyyat imtina edildi” yazısı peyda olur, kartı təkrar bankomata saldıqda isə bir qədər əvvəl kartda göstərilən məbləğin hesabdan silindiyi ortaya çıxır.

.
www.ÇıxışYolu.Com