5f678484-cb9f-4583-b7cb-57dda86ab78a..jpg

Türkmənistanda parlament seçkiləri: Səsvermə başa çatdı – YENİLƏNİB

Baxış sayı: 1. 012 dəfə baxılıb.

Türkmənistanda parlament seçkiləri: Səsvermə başa çatdı – YENİLƏNİB

Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə
vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının
üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.

Ümumilikdə, respublikada 2602 seçki məntəqəsi fəaliyyət göstərib. Rəsmi
məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min
475 seçici qeydə alınıb.

Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası – Demokrat Partiyası,
Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar
Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları iştirak ediblər. Ümumilikdə
Məclisdəki 125 deputat yerinə qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.

09:55

Bu gün Türkmənistanda 7-ci çağırış parlament seçkiləri başlayıb. Eyni zamanda
əhali səsvermə nəticəsində vilayət, rayon, şəhər xalq şuralarına üzvlər və
yerli özünüidarəetmə orqanlarına nümayəndələr də seçəcək.

Ölkə vətəndaşları parlamentin 125 deputatını seçməli olacaqlar.

Səsvermə birmandatlı seçki dairələri üzrə keçirilir. Deputatların və şura
üzvlərinin seçkiləri üçün ümumilikdə 7 222 seçki dairəsi təşkil olunub.

Səsvermə saat 19:00-a qədər (Bakı vaxtı ilə 18:00) davam edəcək. O, başa
çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına
başlayacaqlar. Komissiya ənənəvi olaraq ilkin nəticələri səsvermənin ertəsi
günü, yekun nəticələri isə seçkilərdən 7 gündən gec olmayaraq açıqlayır.

Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının
məlumatına görə, Milli Məclisin deputatlığına 258, rayonların və Aşqabad
şəhərinin xalq şuralarının üzvlüyünə 515, rayon, şəhər xalq məsləhəti üzvlüyünə
– 2 001, yerli özünüidarə orqanlarının üzvlüyünə – 12 098 namizəd qeydə alınıb.

Namizədləri ölkənin hər üç siyasi partiyası: Demokrat Partiyası, Türkmənistan
Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin
vətəndaşların təşəbbüs qrupları irəli sürüb.

Source link