8ac5f5a8-4ccb-4917-ad18-18ca4bea24de..jpg

Türkmənistanda SOCAR-ın ofisi açılıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 437 dəfə baxılıb.

Türkmənistanda SOCAR-ın ofisi açılıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aşqabadda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
Türkmənistandakı nümayəndəliyinin açılışı olub.

Cixisyolu.com xəbər verir ki, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri,
iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan Prezidentinin neft-qaz
məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və
iki ölkənin səfirləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar.

Tədbirdə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri
Mikayıl Cabbarov iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevin və Türkmənistan Prezidenti cənab
Sərdar Berdiməhəmmədovun xüsusi rolunu vurğulayıb. Qeyd olunub ki, SOCAR-ın
Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin
möhkəmləndirilməsinə, ölkələrimizin enerji sektorunda ortaq maraqlarının
reallaşmasına inamın təzahürüdür.

2023-cü ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu qeyd edən nazir “Heydər
Əliyev İli” çərçivəsində SOCAR-ın xaricdə ikinci nümayəndəliyinin açılmasının
xüsusi əhəmiyyət daşıdığını ifadə edib. Nazir ölkələrimiz arasında imzalanmış
100-dən çox dövlətlərarası və hökumətlərarası sənədin münasibətlərimizin hüquqi
bazasını formalaşdırdığını diqqətə çatdırıb. Mikayıl Cabbarov açılışda əməyi
keçən hər kəsə təşəkkür edərək nümayəndəliyə fəaliyyətində uğurlar arzulayıb.

Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev
tədbirdə çıxış edərək nümayəndəliyin açılışı münasibətilə təbriklərini
çatdırıb. Aşırqulu Beqliyev nümayəndəliyin ölkələrimiz arasında enerji
sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfə verəcəyinə
əminliyini ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda SOCAR-ın nümayəndəliyinin
fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. SOCAR və
Türkmənistanın enerji şirkətləri arasında mövcud əməkdaşlıqdan bəhs edən Rövşən
Nəcəf yeni nümayəndəliyin açılışının əhəmiyyətini vurğulayıb.

17:35

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən
Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında
iştirak etdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi
hesabında bildirib.

“Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin
möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının
reallaşmasına inamın təzahürüdür”, – deyə nazir qeyd edib.

Türkmənistana işgüzar səfərimiz çərçivəsində #SOCAR
-ın (
@SOCARofficial )
prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf
) birlikdə Aşqabadda
SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs
şirkətin#Türkmənistan

-da uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə,…pic.twitter.com/lfDETtjYZg

— Mikayil Jabbarov (@MikayilJabbarov) November 28, 2023

Source link