Türkmənistanda spirtli içkilər satışdan çıxarılır

Baxış sayı: 4. 396 dəfə baxılıb.

Türkmənistanda spirtli içkilər satışdan çıxarılır

Türkmənistanın paytaxtı Aşqabadda yerləşən mağazalarda fevralın 26-da spirtli içkilərin müsadirə edilməsinə dair reyd keçirilib.

Məlumata görə, gün ərzində şəhərin bütün şəxsi mağazalarında, o cümlədən bazarlarda reyd keçirilib və alkoqollu içkilər müszadirə edilib.

Bildirilir ki, yoxlamalar yeni “Alkoqolun zərərli təsirinə dair profilaktika” qanununun tələbləri ilə bağlıdır. Qanun 2018-ci ilin dekabr ayında qəbul edilib və cari ilin əvvəllərində qüvvəyə minib. 

Qeyd edək ki, Türkmənistanda hər ilin aprelində demək olar ki, bütün ölkə əhalisi kütləvi idman tədbirlərində iştirak edir, alkoqollu içkilərin və siqaretin satışı isə dayandırılır.