Türkmənlər kütləvi şəkildə əmlaklarını satır

Türkmənlər kütləvi şəkildə əmlaklarını satır

Baxış sayı: 2. 874 dəfə baxılıb.

Türkmənistan sakinləri pul çatışmazlığı səbəbindən qızıl-zinət əşyalarını satmağa başlayıblar. 

ÇıxışYolu.Com bununla bağlı “Azatlık” radiosuna istinadla xəbər verir.

“Bazarlarda satıcılarda sovet dövrünün qızıl-zinət əşyaları peyda olub. Pul çatışmazlığı səbəbindən insanlar bu yola əl atıblar. 

Satılan əşyaların əksəriyyətinin tarixi 1980-cı ildən əvvələ aiddir. Onların rəngi nə sarı, nə də ağ deyil, onlar sarı-qırmızı rəngdədir”, – müxbir bildirib.

Türkmənistanda lombardlar yoxdur. Qızılı satıcıların özləri alır. 

Yerli sakinlərin sözlərinə görə, ilk növbədə 585 və 583 problu qızıllar qiymətləndirilir.  

Eyni zamanda, insanlar məişət texnikalarını və mal-qarasını satmaqla ərzaq ehtiyaclarını qarşılamağa çalışırlar. 

www.ÇıxışYolu.Com