“Turkovac” “Omikron”a qarşı müdafiəni təmin edir
“Turkovac” vaksini koronavirusun “Omikron” variantına qarşı müdafiəni təmin
edir.
Bunu Türkiyə Peyvənd İnstitutunun prezidenti və Səhiyyə Nazirliyinin
Koronavirus Elmi Şurasının üzvü professor doktor Ateş Kara bəyan edib.
O qeyd edib ki, hazırda dünyada sürətlə yayılan ştamm Türkiyədə də qeydə
alınıb. “Omikron”un digər variantlardan daha təsirli olduğunu vurğulayan Kara,
onun çox sürətlə yayılaraq xəstələrin sayının kəskin artmasına səbəb olduğunu
vurğulayıb.
Alim həmçinin “Turkovac” peyvəndinin effektivliyi ilə bağlı araşdırmaların
intensiv şəkildə davam etdiyini bildirib.
Mənbə: “Anadolu”