7fd10253-150d-4b5a-b3af-f6f41f7206c3..jpg

TÜRKPA Azərbaycanın Qarabağ regionundakı qondarma “prezident seçkiləri”ni pisləyib

Baxış sayı: 543 dəfə baxılıb.

TÜRKPA Azərbaycanın Qarabağ regionundakı qondarma “prezident seçkiləri”ni
pisləyib

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9 sentyabr
2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində
yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”ni
qətiyyətlə pisləyir.

Bu barədə TÜRKPA məlumat yayıb.

Bəyanata görə, bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və
prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və
qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və
sabitlik, Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin reinteqrasiyası
səylərinə zərbədir.

TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini
bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək
hər hansı addımdan çəkinməyə çağırır.

Source link