TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycanda növbədənkənar prezident seçkisini
müşahidə edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarından, eləcə də
TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 7
fevral 2024-cü ildə Azərbaycan Respublikasında baş tutacaq növbədənkənar
prezident seçkisinin qısamüddətli müşahidəsini həyata keçirəcək.
APA xəbər verir ki, müşahidə proqramı çərçivəsində TÜRKPA Missiyası rəsmi
şəxslər ilə görüşəcək.
Seçki günü TÜRKPA müşahidəçilərinin həmçinin azad edilmiş ərazilərdə də
müşahidə aparması gözlənilir. 8 fevral tarixində Missiya müşahidəsinin ilkin
nəticələrinə dair mətbuat konfransı keçiriləcək.