565a6991-c4aa-46bb-81bc-987bc8557f4f..jpg

TV əməkdaşı: “Bundan sonrakı fəaliyyətimi Laçında davam etdirmək istəyirəm”

Baxış sayı: 437 dəfə baxılıb.

TV əməkdaşı: “Bundan sonrakı fəaliyyətimi Laçında davam etdirmək istəyirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fəaliyyətimi Laçında davam etdirmək istəyirəm”.

Bunu Cixisyolu.com-a açıqlamasında “Real” televiziyasının əməkdaşı, Laçın rayon sakini
Nərmin Yusifli deyib.

O bildirib ki, bu gün çox sevinclidir:

“Bu gün çox sevincliyəm. İllərdir ailəmin Laçın haqqında mənə danışdıqlarını
öz gözlərimlə görəcəyəm. Bəzən məndə elə təəssürat yaranır ki, sanki mən də
illərlə Laçında yaşamışam.

Bundan qabaq da Laçında olmuşam. Orada Laçın sakinləri üçün hər cür şərait
yaradılıb. Buna görə Ali Baş Komandanımıza, Ordumuza təşəkkür edirik. Allah
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!

Mən də bu gün ailəmlə köç edənlər siyahısındayam. Bundan sonrakı fəaliyyətimi
Laçında davam etdirmək istəyirəm”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçına yola salınıb. Bununla da
Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link