22f783a7-de37-4433-a013-5bc76f409d1e..jpg

“Twitter”in rəqibi sayılan sosial şəbəkə platformasının işə düşəcəyi tarix məlum oldu

Baxış sayı: 720 dəfə baxılıb.

“Twitter”in rəqibi sayılan sosial şəbəkə platformasının işə düşəcəyi tarix
məlum oldu

ABŞ-nin “Meta” korporasiyası iyulun 6-da “Twitter” sosial şəbəkəsinin analoqu
hesab edilə biləcək “Threads” tətbiqini işə salacaq.

Qeyd olunur ki, “Threads” tətbiqi “Instagram” platformasının nəzdində
yaradılıb.

Yeni sosial şəbəkənin əsasnaməsində qeyd olunur ki, “Threads” eyni maraq
qrupuna aid icmaların bir araya gəldiyi yeni məkan olacaq.

“Gələcək istifadəçilərə maraq kəsb edən və həmfikir insanları izləmək, onlarla
ünsiyyət qurmaq, həmçinin öz ideyalarını, fikirlərini və yaradıcılıqlarını
bölüşmək tövsiyə olunur”, – “Meta”nın dərc etdiyi açıqlamada qeyd olunur.

Mənbə: TASS

Source link