U-19 millimiz AÇ-nın elit-raunduna vəsiqə qazandı

Baxış sayı: 2. 251 dəfə baxılıb.

U-19 millimiz AÇ-nın elit-raunduna vəsiqə qazandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) Avropa çempionatının seçmə mərhələsinin sonuncu oyununda vacib qələbə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, millimiz Lixtenşteyn kollektivini 3:0 hesabı ilə məğlub edib. 

Bununla da Azərbaycan komandası qrup ikincisi olaraq qitə birinciliyinin elit-raunduna vəsiqə əldə edib. Qrupda birinci yeri tutan İsrail millisi isə Gürcüstan kollektivi ilə heç-heçə edib – 1:1. 

Qeyd edək ki, yığmamızın yer aldığı qrupun oyunları Tbilisidə keçirilir. 

www.ÇıxışYolu.Com