U-23 yunan-Roma güləşi millimiz dünya çempionatını iki medalla başa vurdu

Baxış sayı: 1. 831 dəfə baxılıb.

U-23 yunan-Roma güləşi millimiz dünya çempionatını iki medalla başa vurdu

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, 72 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Sənan Süleymanov gümüş medal qazanıb. O, finalda iranlı güləşçi Məhəmmədrza Gerayiyə 0:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Bununla da yunan-Roma güləşi üzrə yığmamız yeni baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında bir gümüş və bir bürünc medal qazanıb. Xatırladaq ki, dünən Zaur Əliyev (-55 kq) bürünc medal qazanmışdı.

Səbuhi Musayev