Uaylder qələbəsiz çempion kəmərini saxladı

Baxış sayı: 4. 157 dəfə baxılıb.

Uaylder qələbəsiz çempion kəmərini saxladı

Los-Ancelesdə WBC versiyası üzrə ağır çəkidə dünya çempionu amerikalı boksçu Deontey Uaylderlə sabiq dünya çempionu irlandiyalı Tayson Fyuri ilə döyüş heç-heçə sona çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakimlərdən biri qələbəni Uaylderə (115:111), digəri isə Fyuriyə (114:110) verib, daha bir hakim isə heç-heçə qeydə alıb (113:113). Nəticədə amerikalı boksçu çempion kəmərini özündə saxlayıb.

Qeyd edilir ki, amerikalı boksçu irlandiyalı rəqibini iki dəfə nokdauna göndərib – 9 və 12-ci raundlarda.

Bu D.Uaylderin ilk bərabərliydir. Amerikalı boksçu bundan əvvəlki 40 döyüşün hamısında qələbə qazanıb,  onlardan 39-nu nokautla.

Öz növbəsində Fyuri də peşəkar rinqdə 27 döyüşdə məğlub olmayıb.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.