“Uber”in pilotsuz avtomobili adam öldürdü

“Uber”in pilotsuz avtomobili adam öldürdü

Baxış sayı: 3. 123 dəfə baxılıb.

Arizona ştatında baş vermiş bədbəxt hadisədən sonra “Uber Technologies” şirkəti pilotsuz avtomobillərin sınaqlarını naməlum müddətə dayandırıb.

ÇıxışYolu.Com “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb sınaqlarda bir qadının həlak olmasıdır.  

İlkin məlumata görə, Arizona ştatında avtonom rejimdə işləyən “Uber” avtomobili  gecə saatlarında velosipedi ilə yolu keçən 49 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

İnsidentdən sonra mobil-inteqrasiyalı taksi sifarişi şirkəti bütün şəhərlərdə avtonom taksilərin sınaqlarını dayandırıb.

Avtonom maşınların sınaqlarında bir neçə dəfə yol qəzaları baş versə də, son qəza ölüm halının qeydə alındığı ilk hadisədir.

“Uber”in baş direktoru Dara Xosrovşahi qadının ailəsinə başsağlığı verib.

.
www.ÇıxışYolu.Com