Ubinas vulkanı təhlükəyə səbəb ola bilər-XƏBƏRDARLIQ

Baxış sayı: 2. 463 dəfə baxılıb.

Ubinas vulkanı təhlükəyə səbəb ola bilər-XƏBƏRDARLIQ

Perunun metallurgiya və geologiya institutu digər mütəxəssislərlə birlikdə Ubinas vulkanının aktivliyini müşahidə ediblər.

ÇıxışYolu.Com rus KİV-inə istinadən xəbər verir ki, mütəxəssislər dağın yaxınlığında yerləşən yaşayış məntəqələrini təxliyə etməyə çağırıblar.

“Ubinas vulkanında yeni partlayışların olacağı ehtimal edilir və bu səbəbdən institut Kerapi, Ubinas, Eskaça, Uataua, Tonoayya, Sakuayya və San-Migel məntəqələrindən insanları dərhal təxliyə etməyi məsləhət görür”, – deyə institutun xəbərdarlığında qeyd edilir.

İnstitut qeyd edir ki, sonuncu vulkan püskürməsi zamanı kraterdən 6 km məsafədə yerləşən Ubinas şəhərciyindəki evlərin şüşələri titrəyib.

Bundan başqa, mütəxəssislər vulkan yaxınlığından keçən yolları bağlamağı da təklif ediblər.