Üç əsrin şahidi olan seçici səs verdi - FOTO

Üç əsrin şahidi olan seçici səs verdi – FOTO

Baxış sayı: 2. 103 dəfə baxılıb.

Azərbaycanın ən yaşlı seçicisi səs verib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva deyib ki, 7 övladı, 30 nəvəsi, 60 nəticəsi, 9 kötücəsi var.

Dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib.

O, səsverməyə ailə üzvləri ilə birgə gəlib: 

“Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm.

Bu gün 124 yaşda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”.

www.ÇıxışYolu.Com